İlham Əliyevdən millimizin 2 üzvüylə bağlı sərəncam - TƏQAÜD VERİLSİN

5 Sentyabr 2017 19:36 Güləş 1 455
İlham Əliyevdən millimizin 2 üzvüylə bağlı sərəncam - TƏQAÜD VERİLSİN

Bu gün Azərbaycan prezidenti İlham Əliyev üçqat dünya çempionu adını qazanaraq ölkəmizin idman şöhrətini daha da artırdıqlarına görə sərbəst güləşçi Hacı Əliyevin və boksçu Məhəmmədrəsul Məcidovun Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə təltif olunmaları barədə sərəncam imzalayıb.

Sportinfo.az xəbər verir ki, Hacı Əliyev Fransanın paytaxtı Parisdə keçirilmiş güləş, Məhəmmədrəsul Məcidov isə Almaniyanın Hamburq şəhərində təşkil olunan boks üzrə dünya çempionatlarında qızıl medal qazandıqları üçün bu yüksək mükafata layiq görülüblər. (azərtac)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti