COP29

Azərbaycanın iki "sərbəst"i Avropa çempionatının finalına yüksəldi

16 İyun 2023 22:00 Güləş 435
Azərbaycanın iki "sərbəst"i Avropa çempionatının finalına yüksəldi

Azərbaycanın iki sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında finala yüksəlib.

Sportinfo.az xəbər verir ki, 55 kq-da Hacı Kərimov və 110 kq-da Yusif Dursunov adlarını həlledici görüşə yazdırıblar.

Kərimov yarımfinalda fransalı Ubayda İtayev üzərində inamlı qələbə qazanıb - 12:0. Dursunov isə türkiyəli Arda Gülerə 11:0 hesabı ilə qalib gəlib.

Daha əvvəl yunan-Roma güləşçilərindən Turan Daşdəmirov (45 kq) qızıl, Elnar Ziyadov (48 kq), Əli Seyidəlili (51 kq), Ayxan Cavadov (55 kq), Elmin Əliyev (80 kq) və Mahir Qurbanlı (110 kq) isə bürünc medal qazanıblar.

Qadın güləşçilərdən isə Ruzanna Məmmədova Avropa ikincisi olub.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq