COP29

Turan Avropa çempionu oldu, ƏIi bürünc medal qazandı

15 İyun 2023 00:00 Güləş 479
Turan Avropa çempionu oldu, ƏIi bürünc medal qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Əli Seyidəlili Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, 51 kq-da çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə belaruslu Maksim Zaxarova 3:1 hesabı ilə qalib gəlib.

Yunan-Roma güləşçisi Turan Daşdəmirov Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında final görüşünə çıxıb.

45 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada rusiyalı Rustem Abatsiyevi sınağa çəkib.

Rəqibinə 7:4 hesabı ilə qalib gələn Daşdəmirov qitə çempionu olub.

Həmçinin Əli Seyidəlili (51 kq) və Nurlan İbadzadə (60 kq) bürünc medal görüşünə çıxacaqlar.

Qadın güləşçilərdən isə Ruzanna Məmmədova (57 kq) yarımfinalda polşalı Suzanna Horbiki 5:1 hesabı ilə məğlub edib. O, iyunun 15-də finalda macarıstanlı Sofi Ritterlə qarşılaşacaq.

Daha əvvəl yunan-Roma güləşçilərindən Elnar Ziyadov (48 kq), Ayxan Cavadov (55 kq) Elmin Əliyev (80 kq) və Mahir Qurbanlı (110 kq) Avropa üçüncüsü olublar.

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!