Hacı Əliyev Fransadakı dünya çempionatında qızıl medal qazandı

26 Avqust 2017 00:53 Güləş 701
Hacı Əliyev Fransadakı dünya çempionatında qızıl medal qazandı

Sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Hacı Əliyev Fransanın paytaxtı Parisdəki dünya çempionatında qızıl medal qazanıb.

Sportinfo.az xəbər verir ki, 61 kq çəkidə mübarizə aparan ikiqat dünya çempionu, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı mübarizəyə 1/16 final mərhələsindən qoşulub.

O, ardıcıllıqla qırğızıstanlı Alibek Osmonovu (8:0), yaponiyalı Rinya Nakamuranı (10:1), slovakiyalı Mikola Bolotnjuku (10:0) və kubalı Yovlis Bonne Rodrigezi (10:0) məğlub edərək, finala çıxıb. Həlledici görüşdə rusiyalı Hacımurad Rəşidovla qarşılaşan H.Əliyev rəqibinə tuşe ilə qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti