Azərbaycanlı gəncilər Qazaxıstandan 11 medalla qayıdır

18 May 2023 21:40 Güləş 791
Azərbaycanlı gəncilər Qazaxıstandan 11 medalla qayıdır

Azərbaycanın gənc yunan-Roma güləşçiləri Qazaxıstanın olimpiya və dünya çempionu Jaksılık Uşkempirovun xatirəsinə həsr olunan beynəlxalq turniri 11 medalla başa vurublar.

Sportinfo.az xəbər verir ki, Astanada təşkil edilən yarışda U-20 yığmasının üzvləri ümumilikdə 3 qızıl, 3 gümüş, 5 bürünc medal qazanıblar.

Memorialın son günündə İlkin Qurbanov (60 kq) və Kənan Abdullazadə (67 kq) çempion olublar. Əli Quliyevlə (87 kq) Məzaim Mərdanov (130 kq) finalda məğlub olaraq gümüş mükafata yiyələniblər.

Təvəkgül Həziyev (67 kq), Rəvan Nuriyev, Aqil Musayev (hər ikisi 77 kq) və Etibar Rzayev (87 kq) isə bürünc medal əldə ediblər.

Bundan əvvəl turnirdə Ruslan Nurullayev (72 kq) birinci, İsmayıl Rzayev (82 kq) ikinci, Fərid Sadıxlı (55 kq) üçüncü yeri tutub.

Ənənəvi yarışda beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"