
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında Azərbaycanı təmsil edən sərbəst güləş üzrə yığmamızın heyətində legionerlərin çox olması sosial şəbəkələrdə müzakirə mövzusuna çevirilib.
Sportinfo.az xəbər verir ki, 5 idmançıdan 4-nün legioner olması tənqid olunub.
İntiqam Vəlizadəni çıxmaqla digərlərinin - Cəbrayıl Qadjıyev (Dağıstan, Rusiya), Giorgi Mişvildişvili (Gürcüstan, Rusiya), Abubakr Abakarov (Dağıstan, Rusiya), Osman Nurmaqomedov (Dağıstan, Rusiya) milliləşdirilmiş güləşçilərin ölkəmizi təmsil etməsi birmənalı qarşılanmayıb.