"İndi mən iddialıyam"

14 May 2023 03:40 Güləş 470
"İndi mən iddialıyam"

Sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Əliabbas Rzazadə (57 kq) Zaqrebdə (Xorvatiya) keçirilən Avropa çempionatında qızıl medal qazanmasını şərh edib.

Sportinfo.az xəbər verir ki, "United World Wrestling"ə danışan azərbaycanlı idmançı dünya çempionu olmaq istədiyini deyib:

"Mən bura böyük ambisiyalarla, çempion olmaq üçün gəlmişdim. Gözəl hissdir və fəxr edirəm ki, Azərbaycanın bayrağını qaldıra bildim.

Bu, həyatımın ən gözəl günlərindən biridir. Keçən il uğura çox yaxın olsam da, finalda uduzmuşdum.

Bu dəfə qalib gələ bildim və bunlar tamam başqa emosiyalardır. Qızıl medalı götürə bildiyim üçün çox xoşbəxtəm.

İndi mən iddialı idmançıyam. Mənim ilim və günümdür. Düşünürəm ki, mən o qədər də zəif deyiləm və hamı məni güclü rəqib kimi görür.

Bu, asan olmayacaq, çünki hamı məni güclü rəqib kimi görür. Növbəti çempionatı, Serbiyada keçiriləcək dünya çempionatını səbirsizliklə gözləyirəm.

Olimpiya Oyunlarına lisenziya əldə edə bildiyimiz üçün mən onu Serbiyada almaq istərdim. Olimpiya çempionu olmaq istəyirəm".

Digər Xəbərlər
Xəbər Lenti