Azərbaycandan 4 qadın dünya çempionatında mübarizəyə qoşulur

24 Avqust 2017 12:50 Güləş 813
Azərbaycandan 4 qadın dünya çempionatında mübarizəyə qoşulur

Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında bu gün qadın güləşçilərin mübarizəsinə yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, dördüncü yarış günündə 48 kq, 53 kq, 60 kq və 69 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Azərbaycan bu çəkilərin hamısında təmsil olunacaq.

48 kq
1/8 final. Patrisia Alexandra Bermudez (Argentina) - Türkan Nəsirova (B xalçası)

53 kq
1/16 final. Leyla Qurbanova - Sumeyya Zeybek Sezer (Türkiyə) (D xalçası)

60 kq
1/16 final. Tatyana Omelçenko - Anastasiya Qriqoryeva (Latviya) (A xalçası)

69 kq
1/8 final - Elis Manolova - Anastasia Bratçikova (Rusiya) (D xalçası)

İlk iki yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparıb. Azərbaycan 8 çəki dərəcəsinin hamısında təmsil olunsa da, yalnız Elvin Mürsəliyev (80 kq) fəxri kürsüyə yüksəlib. O, bürünc medal qazanıb. Avqustun 23-də yarışan 3 qadın güləşçidən heç biri medal əldə edə bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı