"Mən iddialıyam, zəif deyiləm" - Azərbaycanlı çempion

9 May 2023 03:40 Güləş 510
"Mən iddialıyam, zəif deyiləm" - Azərbaycanlı çempion

“Avropa çempionatına qızıl medal qazanmaq üçün gəlmişdim.

Fəxr edirəm ki, ölkəmin bayrağını qaldırdım. Bu həyatımın ən gözəl günlərindən biridir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Dünya Güləş Birliyinin saytına müsahibəsində ötən gün Avropa çempionu olan Əliabbas Rzazadə deyib.

Gənc idmançımız qazandığı qızıl medaldan danışıb:

“Ötən il finala çox yaxınlaşmışdım, amma uduzdum. Bu dəfə isə qızıl qazana bildim. Çox fərqli hissdir. Mən iddialı idmançıyam.

Fikrimcə, zəif deyiləm və digər idmançılar da məni çətin rəqib kimi görür. Qarşıdakı illərdə daha çətin olacaq.

Serbiyada keçirilən dünya çempionatını səbirsizliklə gözləyirəm. Olimpiya Oyunlarına lisenziya qazanmaq istəyirəm, həm də dünya çempionu tituluna sahib çıxmaq niyyətindəyəm”.

Digər Xəbərlər
Xəbər Lenti