
Azərbaycan və Türkiyənin sərbəst güləşçilərdən ibarət yığmaları Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatından sonra birlikdə foto çəkdirib.
Sportinfo.az xəbər verir ki, 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan komandamız Avropa çempionu olub.
Qitə birinciliyində 2 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edən Türkiyə millisi isə 3-cü yeri tutub.
Komandaların təltifetmə mərasimindən sonra hər iki komandanın nümayəndə heyəti Zaqreb Arenada iki ölkənin dövlət bayrağı ilə birgə şəkil çəkdirib və növbəti dəfə dost və qardaşlıq mesajı verib.