“Bakı-2015”in mükafatçısı Dağlıq Qarabağda idman məktəbi açır

22 Avqust 2017 19:00 Güləş 816
“Bakı-2015”in mükafatçısı Dağlıq Qarabağda idman məktəbi açır

2015-ci ildə keçirilən I Avropa Oyunlarının yunan-Roma güləşi üzrə gümüş mükafatçısı, ermənistanlı Miqran Arutyunyan Azərbaycanın işğal edilmiş ərazilərində idman məktəbi açır.

Sportinfo.az xəbər verir ki, bu barədə Arutyunyanın nümayəndəsi Artur Qalstyan məlumat verib. Onun sözlərinə görə, Xankəndidə yunan-Roma güləşi üzrə pulsuz məktəbin açılışı idmançının 2018-ci ilə aid planlarına daxildir.

Bugünlərdə Arutyunyan modeli döyməkdə ittiham edilmişdi. Bununla bağlı polisə moskvalı model Nikol Ten müraciət etmişdi. O iddia edirdi ki, erməni güləşçi Soçidə birgə istirahət zamanı ona hücum edib.

İdmançının avqustun 30-da toyunun planlaşdırılması vəziyyəti bir qədər də qəlizləşdirdiyindən güləşçinin dostları Soçi polisində bu işi bağlamağa nail olublar.

Arutyunyanın adı bundan başqa bir çox qalmaqallı hadisələrdə də hallanır. İyunda Rusiya paytaxtında "Moskalyan” qəlyan salonunun sahibi olan idmançı həm də atışma təşkil etməkdə günahlandırılır. Hadisə nəticəsində Samvel Avedyan ayağından yaralanmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti