“Məni birinci anam təbrik etdi - Boşalmaq olmaz, hələ hər şey irəlidədir“

25 Aprel 2023 11:00 Güləş 1 011
“Məni birinci anam təbrik etdi -  Boşalmaq olmaz, hələ hər şey irəlidədir“

“İlk təbrik edən anam oldu.

Mən bu qələbəmi şəhidlərimizə və atama həsr edirəm. Ruhları şad olsun”.

Sportinfo.az xəbər verir ki, bunu Avropa çempionatında qızıl medala layiq görülmüş Ülvü Qənizadə Vətənə qayıtdıqdan sonra jurnalistlərə açıqlamasında bildirib.

“Qarşıda dünya çempionatı var. Məqsəd dünya çempionluğudur. Ümid edirəm ki, bu bizə nəsib olacaq. Boşalmaq olmaz, hələ hər şey irəlidədir. İnanıram ki, nəticələrin ardı gələcək”, - idmançı əlavə edib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar