Azərbaycan yğımasının daha 4 üzvü dünya çemionatında mübarizəyə qoşulur

22 Avqust 2017 14:24 Güləş 631
Azərbaycan yğımasının daha 4 üzvü dünya çemionatında mübarizəyə qoşulur

Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında bu gün daha 4 çəkidə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.

Sportinfo.az xəbər verir ki, ikinci yarış günündə 59 kq, 66 kq, 80 kq və 130 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Azərbaycan bu çəkilərin hamısında təmsil olunacaq.

59 kq
1/16 final. Maksim Kazarski (Belarus) - Taleh Məmmədov

66 kq
1/16 final. Kamran Məmmədov - Hansu Ryu (Cənubi Koreya)

80 kq
1/16 final. Roman Vlasov (Rusiya) - Elvin Mürsəliyev

130 kq
1/8 final. N.Kuçma (Ukrayna) / Mantas Knistautas (Litva) - Sabah Şəriəti

Görüşlərə Bakı vaxtı ilə saat 12:00-da start veriləcək. Final qarşılaşmaları isə saat 21:00-da başlanacaq.
Qeyd edək ki, ilk yarış günündə Azərbaycan yunan-Roma güləşçilərindən ən yüksək nəticəni 85 kq çəki dərəcəsində çıxış edən İslam Abbasov göstərib. O, 5-ci yeri tutub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti