Ülvü də qızıl medal qazandı

24 Aprel 2023 01:50 Güləş 400
Ülvü də qızıl medal qazandı

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Sportinfo.az xəbər verir ki, Ülvü Qənizadə (72 kq) finalda fransalı İbrahim Qanemlə üz-üzə gəlib.

Görüş 7:7 hesabı ilə başa çatıb. Lakin xal prinsipinə əsasən qələbə Azərbaycan təmsilçisinə verilib.

Bu, Azərbaycanın Xorvatiyadakı qitə birinciliyində yunan-Roma güləşi üzrə 2-ci, ümumilikdə isə 5-ci qızıl medalıdır.

Digər Xəbərlər
Xəbər Lenti