Türkan Avropa çempionatının finalına vəsiqə qazandı

21 Aprel 2023 10:00 Güləş 660
Türkan  Avropa çempionatının finalına vəsiqə qazandı

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, dördüncü yarış günündə daha 5 qadın güləşçimiz mübarizəyə qoşulub.

Türkan Nəsirova (53 kq) təsnifat mərhələsində Mariya Spirkovskaya (Şimali Makedoniya) tam üstünlüklə qalib gəlib - 10:0.

Həmyerlimiz 1/4 finalda ispaniyalı Marina Floresdən də güclü olub - 12:5. Nəsirova yarımfinalda isveçli Avropa çempionu Emma Malmqrenə uduzub. Türkan bürünc medal uğrunda türkiyəli Zeynep Yetgillə güləşəcək.

Mübarizəyə 1/4 finaldan qoşulan Jalə Əliyeva (57 kq) almaniyalı Elena Brüggerə 6:3 hesabıyla qalib gəlib.

Əliyeva yarımfinalda polşalı Yovita Vrjeşeni də 2:0 hesabıyla üstələyərək debüt etdiyi Avropa çempionatının finalına yüksəlib. Jalə həlledici görüşdə ukraynalı Alina Akobya ilə qarşılaşacaq.

Birgül Soltanova (62 kq) təsnifat mərhələsində estoniyalı Viktoriya Vessoya məğlub olub.

Elis Manolova (65 kq) mübarizəyə 1/4 finaldan qoşulub və rumıniyalı İrina Rinqaciyə "tuş"la uduzub.

Rəqib finala yüksəldiyi üçün Elis təsəlliverici görüşdə iştirak hüququ qazanıb. O, fransalı Kendra Daçerlə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar