Mariya və Yasəmin - "Müasir dövrün iki əfsanəsi"

21 Aprel 2023 13:20 Güləş 792
Mariya və Yasəmin - "Müasir dövrün iki əfsanəsi"

Dünya Güləş Birliyi (UWW) Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) və türkiyəli Yasemin Adarla (76 kq) bağlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, UWW-nin sosial şəbəkə hesablarında Xorvatiyanın paytaxtı Zaqrebdəki Avropa çempionatında qızıl medal qazanan hər iki idmançının fotosu yayımlanıb.

Paylaşımın üzərində isə "Müasir dövrün iki əfsanəsi" sözləri yazılıb.

Zaqrebdəki yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxan Stadnik 9-cu, Adar isə 6-cı Avropa çempionluğunu rəsmiləşdirib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar