Azərbaycan güləşçisi AÇ-də bürünc medal əldə etdi

20 Aprel 2023 01:30 Güləş 587
Azərbaycan güləşçisi AÇ-də bürünc medal əldə etdi

Azərbaycanın sərbəst güləşçisi Georgi Meşvildişvili (125 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, o, 3-cü yer uğrunda italiyalı Abraham Konyedonla üz-üzə gəlib. Meşvildişvili 7:4 hesabı ilə qalib gələn Meşvildişvili qitə üçüncüsü olub.

Bununla da Azərbaycan sərbəst güləşçiləri yarışı 6 medalla başa vurublar.

İndiyədək Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Maqomedxan Maqomedov (97 kq) və Osman Nurmaqomedov (92 kq) gümüş, Abubakr Abakarov (86 kq) isə bürünc medal əldə ediblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti