“Güləşin ona olimpiya çempionluğu borcu var”.
Sportinfo.az xəbər verir ki, bunu “report”a müsahibəsində Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə milli komandanın kapitanı Hacı Əliyevlə bağlı danışarkən deyib.
25 yaşlı idmançının fikrincə, komanda yoldaşı olimpiya çempionluğunu qazanmağa layiqdir:
“Çəkisini artırmasına baxmayaraq, hamımız Hacıdan qarşıdakı Avropa çempionatında qızıl medal gözləyirik
. Məncə, o, dördüncü dəfə Avropa çempionu olacaq. Digər tərəfdən Hacı hələ olimpiadaya qədər bizə lazımdır.
Parisdəki olimpiadadan sonra karyerası ilə bağlı qərarını verəcək”.
57 kq çəki dərəcəsində mübarizə aparan Rzazadə tezliklə yığmanın liderinə çevriləcəyinə inanır:
“Hacı Əliyevin, Cəbrayıl Həsənovun davamçılarıyıq. Düşünürəm ki, Hacıdan sonra lider olacağam.
Onların əldə etdikləri uğuru təkrarlamağa çalışacağam ki, məndən sonra gələn nəsil də mənim nailiyyətlərimi təkrarlamaq istəsin.
Hacı Əliyev, Cəbrayıl Həsənov, Namiq Abdullayev bizim kumirimizdirlər”.

