Azərbaycan Güləş Federasiyası qadın millisinə yeni əcnəbi cəlb edib.
O, İlona Semkivdir.
29 yaşlı güləşçinin adı Dünya Güləş Birliyinin siyahısında da yer alıb və 17-23 aprel tarixində Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa çempionatında iştirak eləyəcək.
İlona 55 kq-da mübarizə aparacaq. Bu çəki olimpiya proqramına daxildir.
55 kq-da ölkəmizi təmsil edən digər güləşçi Elnirə Məmmədovadır. Həmyerlimiz Konya-2021 İslam oyunlarının bürünc medalçısı, U-20 Avropa çempionatı-2022-nin qalibidir.
Gəlmə idmançı Avropa çempionatı-2017-nin gümüş mükafatçısıdır. O, 48 kq-da finalda millimizin lideri Mariya Stadnikə uduzub. Hər iki güləşçi Lvov məktəbinin yetirməsidirlər.
Semkiv 4 aprel 2018-ci il tarixində antidopinq qaydalarını pozduğunuza görə 4 il müddətinə diskvalifikasiya olunub.
Həmin dönəmdə o sevgi həyatı yaşayıb və 1 qız övladı dünyaya gətirib.
SPORTİNFO.AZ

