Azərbaycan millisinin baş məşqçisi ilə əməkdaşlığa son verildi

16 Avqust 2017 16:24 Güləş 965
Azərbaycan millisinin baş məşqçisi ilə əməkdaşlığa son verildi

Qadın güləşçilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Semyon Çterevlə əməkdaşlığa son verilib.

Sportinfo.az xəbər verir ki, müqavilə müddəti başa çatan bolqarıstanlı mütəxəssis yola salınıb. Bu səbəbdən gələn həftə Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatına yığma üzvləri baş məşqçisiz yollanacaqlar.

Komandaya böyük məşqçi Aslan Ağayevlə məşqçi Rövşən Umudov rəhbərlik edəcək. Semyon Çterev 2014-cü ilin noyabrından qadın güləşi üzrə yığmaya rəhbərlik edirdi.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı