Mariya Stadnik yapon qızına uduzur - Dünya Güləş Birliyinin reytinqində

12 Avqust 2017 11:24 Güləş 722
Mariya Stadnik yapon qızına uduzur - Dünya Güləş Birliyinin reytinqində

Dünya Güləş Birliyi qadınların yeni əmsalını açıqlayıb. Sportinfo.az xəbər verir ki, siyahının ilk sıraları dəyişməz qalıb. Millimizin öncülü Mariya Stadnik 48 kq-da yenə 2-cidir.

O, ilk pilləni Rio-2016 olimpiadasında finalda sona 3 saniyə qalmış qələbəni əldən verdiyi yaponiyalı Eri Tosakaya uduzur. Legionçumuzun mövqeyini möhkəmləndirməsinə səbəb mayda Serbiyanın Novı Sad şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanmasıdı.

3-cü yerdə digər yaponiyalı Yui Susaki qərarlaşıb. O, son Asiyanın ən güclülərinin yarışının qalibidir. Maşa Braziliyada yenilməsəydi, indi reytinqdə ilk sırada idi. Çünki UWW-un iyul ayı üçün açıqladığı siyahıda Eri Tosakanın bu zəfəri önə çəkilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti