Dünya birinciliyində yalnız “Cəngi”nin güləşçiləri fərqləndi

9 Avqust 2017 08:48 Güləş 733
Dünya birinciliyində yalnız “Cəngi”nin güləşçiləri fərqləndi

Finlandiyanın Tampere şəhərində gənc güləşçilərin dünya birinciliyi keçirilib. Bu yarışda yunan-Roma güləçində millimiz 2 bürünc medal qazanıb.

Hər 2 mükafata “Cəngi” güləş klubunun yetirmələri Namaz Rüstəmov (66 kq) və Nəsir Həsənov (74 kq) sahib çıxıblar. Sportinfo.az xəbər verir ki, dünən idmançılarımız vətənə dönüblər.

Titullu bahadırlarımızı Heydər Əliyev adına beynəlxalq hava limanında “Cəngi”nin sədri, bu günlərdə 52 yaşını qeyd edən Hicran Şərifov, 2-ci dərəcəli beynəlxalq hakim Zaur Şərifov, məşqçilər və idmançıların yaxınları qarşılayıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!