"Özünüzü məhv edirsiz" - RƏY

31 İyul 2017 14:48 Güləş 763
"Özünüzü məhv edirsiz" - RƏY

“İdmançı bənna deyil, daşkəsən deyil. İdmançı məşqə qısa müddət ara verirsə, sonra özünü yenidən bərpa etməsi çox çətin olur. Bu səbəbdən onların məşqə ara verməsinə, diqqətini digər məsələlərə yönəltməyə mənəvi haqqı yoxdur”.

Sportinfo.az xəbər verir ki, bu sözləri anv.az-a açıqlamasında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev bir qrup güləşçinin etiraz aksiyasına münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, güləşçilərin maliyyə ilə bağlı problemləri qısa müddətə aradan qalxacaq: “İdmançılara məvacib kəsilibsə, mütləq bu verilməlidir. Çünki idmançı digər sahədə işləyərsə, məcbur olub peşəkar fəaliyyətini zəiflədəcək, formadan düşəcək.

İnanıram ki, ən qısa müddətə bu problem aradan qalxacaq, öz həllini tapacaq. Çünki ölkəmizdə idmana dəstək Cənab Prezident İlham Əliyevin iradəsidir və indiyə qədər yüzlərlə idmançı dövlət dəstəyindən yararlanıb. Heç şübhəsiz bu problem də yaxın günlərdə aradan qalxacaq”.

ANV.AZ-a danışan Ağacan Əbiyev idmançılara çağırış etməyi də unutmadı: “Mən buradan üzümü ölkə idmançılarına tutub demək istəyirəm ki, idmandan yayınmaqla birinci növbədə özünüzü məhv edirsiniz. İdmana bir həftə ara verirsinizsə, daha bir neçə həftə lazımdır ki, formaya düşəsiniz. Bunun ziyanını ilk növbədə özünüz görürsünüz. Bu səbəbdən tələsik qərarlar verməyə ehtiyac yoxdur”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti