Milliyə verməyə pul tapmayan vitse-prezidentin oğlunun dəsgahı - BAHALI MAŞINLAR, LÜKS HƏYAT

31 İyul 2017 13:24 Güləş 2 135
Milliyə verməyə pul tapmayan vitse-prezidentin oğlunun dəsgahı - BAHALI MAŞINLAR, LÜKS HƏYAT

Bir neçə gündü Azərbaycan Güləş Federasiyası ilə milli komandanın güləşçiləri arasında baş verən maaş qalmaqalı gündəmi zəbt edib.

Sportinfo.az xəbər verir ki, güləşçilərin mətbuata səs-küylü açıqlamasından sonra federasiya adından milli komandanın baş məşqşisi açıqlama yayaraq güləşçiləri demək olar ki, xəyanətlə günahlandırdı.

Öz növbəsində isə etirazçıların lideri kimi görünən Rəsul Çunayevin lüks həyatı, bahalı avtomobilləri, “zerkalnıy” nömrələri ictimaiyyətə tirajlandı.

Bu bahalı avtomobillərdən sadəcə Çunayevdə yoxdu. Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərovun oğlu Elşən Cəfərov heç də Rəsul Çunayevdən ucuz həyat yaşamır.

Təqdim edəcəyimiz fotolardan da göründüyü kimi yeniyetmə Cəfərovun bir-iki günlük xərci güləçilərə verilən maaşdan az deyil.

Fotolardakı “333” nömrəli avtomobil AGF-nin Vitse-prezidenti Elçin Cəfərovun, “777” nömrəli nəhəng avtomobil isə yeniyetmə oğluna məxsusdu:

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı