Azərbaycan yığmasının üzvü karyerasaında ilk dəfə… FOTO

17 Avqust 2022 00:20 Güləş 792
Azərbaycan yığmasının üzvü karyerasaında ilk dəfə… FOTO

Azərbaycan sərbəst güləşçisi Kənan Heybətov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında final görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, 70 kq çəki dərəcəsi üzrə həlledici qarşılaşmada rəqib ABŞ təmsilçisi Miçel Mesenbrink olub.

İlk hissəni 7:2 hesabı ilə öndə tamamlayan Heybətov ikinci yarıda da üstünlüyünü qoruyaraq, 13:7 hesabı ilə qalib gəlib və karyerasında ilk dəfə dünya çempionu olub.

Daha əvvəl Zirəddin Bayramov 65 kq çəkidə gümüş medal qazanıb. 79 kq-da isə Soslan Tigiyev bürünc medal görüşündə qırğızıstanlı Məhəmməd Abdullayevə 10:18 hesabı ilə uduzaraq, 5-ci yerlə kifayətlənib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"