"Sərbəstlər" Kaspiyskdə Əli Əliyevin xatirə yarışına qələbəylə başladı

9 İyul 2017 00:46 Güləş 675
"Sərbəstlər" Kaspiyskdə Əli Əliyevin xatirə yarışına qələbəylə başladı

Dağıstan Respublikasının Kaspiysk şəhərində Əli Əliyevin xatirəsinə sərbəst güləş üzrə 48-ci beynəlxalq yarış başladı. Sportinfo.az xəbər verir ki, turnir 5-qat dünya çempionunun adını daşıyan idman və gənclər sarayında keçirilir. Arena 5000 tamaşaçı tutumuna malikdi.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər – Asif Şirəliyev (1-ci), Elman İsmayılov və Kamran Əliyev (hər ikisi – 2-ci kateqoriya) təmsil edirlər. İlk yarış günündə 57, 65, 74 və 97 kq-larda çıxış edən bahadırlar mübarizə aparır. Onların ümumi sayı 10 ölkədən 76 nəfərdi.

Millinin baş məşqçisi Firdovsi Umudov və məşqçisi Arif Abdullayevin rəhbərliyi ilə bizdən heyətdə Georgi Edişeraşvili, Mahir Əmiraslanov, Mircəlal Həsənzadə, Pərviz İbrahimov (hamısı – 57 kq), Qalib Əliyev, Əhmədnəbi Qvarzatilov (hər ikisi – 61 kq), Coşqun Əzimov, Məhəmməd Müslümov, Ağahüseyn Mustafayev (65 kq), Murtuz Müslümov, Ruslan Dibirhacıyev, Hacımurad Ömərov (70 kq), Cəbrayıl Həsənov, İsmayıl Abdullayev (74 kq), Aleksandr Qostiyev, Murad Süleymanov, Əşrəf Əliyev (86 kq), Aslanbəy Alborov və Məhəmmədhacı Xatiyev (97 kq) yer alıblar. Pəhləvanlarımızın çoxu yarışa uğurlu start götürüblər, ilk 2 mərhələni adlayıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti