Türkmənistan Güləş millisinə keçəcəyi deyilən London-2012 Yay Olimpiya Oyunlarının qalibi Azərbaycan güləşçisi Toğrul Əsgərov açıqlama verib.
Sportinfo.az xəbər verir ki, “qafqazinfo”ya danışan idmançı məlumatı təkzib etməyib: “Hələ ki, Türkiyədəyəm, əməliyyat olunmuşam. 2-3 gün ərzində Bakıya gələcəm. Ondan sonra hər şey bəlli olacaq”.

