Azərbaycan yığması dünya çempionatında 3-cü yeri tutdu

8 Noyabr 2021 12:00 Güləş 542
Azərbaycan yığması dünya çempionatında 3-cü yeri tutdu

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilər arasındakı dünya çempionatında Azərbaycan 3-cü yeri tutub.

Sportinfo.az xəbər verir ki, bu nailiyyət medal əyarında əldə olunub.

2017-ci ildən keçirilən yarışda Azərbaycan güləşi rekord nəticəyə imza atıb. Əvvəlki 3 mundialda (2017, 2018, 2019) cəmi 2 qızıl medal əldə olunmuşdusa, bu dəfə bir yarışda 3 güləşçi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Belqradda 3 qızıl və 3 bürünc qazanan Azərbaycan medalların əyarına görə dünya üçüncüsü olub və yalnız Rusiya (6 qızıl, 9 gümüş, 7 bürünc) ilə Ukraynadan (4 qızıl, 2 gümüş, 3 bürünc) geri qalıb.

Yunan-Roma güləşində Həsrət Cəfərov (67 kq) qızıl, Nihad Quluzadə (55 kq) ilə Ülvü Qənizadə (72 kq) bürünc, sərbəst güləşdə isə Əliabbas Rzazadə (57 kq) ilə Osman Nurməhəmmədov (92 kq) qızıl, Zirəddin Bayramov (65 kq) bürünc medala yiyələnib.

Digər Xəbərlər
Xəbər Lenti