"Azərbaycan yığması ilə aramızda səmimi münasibət var"

16 Yanvar 2021 11:00 Güləş 516
"Azərbaycan yığması ilə aramızda səmimi münasibət var"

Türkiyəli yunan-Roma güləşçisi Cenk İldem Azərbaycan millisi ilə keçirdikləri təlim-məşq toplanışını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən idmançı yerli mətbuata açıqlamasında hazırlıq prosesinin çox faydalı olduğunu bildirib.

35 yaşlı güləşçi Azərbaycan seçməsinin dünyada özünü sübut etdiyini vurğulayıb: "Biz də eləyik. Azərbaycan yığması ilə aramızda səmimi münasibət var.

Bakıya gedəndə bizi öz vətəndaşları kimi qarşılayırlar. Biz də elə etdik. Onların dünya və Avropa çempionatlarında medal qazanan çox idmançıları var".

Azərbaycan və Türkiyə yığmaları 15 - 17 yanvarda Fransanın Nitsa şəhərində keçiriləcək Qran-pridə iştirak edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!