"Onları belə bir zamanda dəstəkləmək bizim borcumuzdur"

7 May 2020 00:28 Fransa 529
"Onları belə bir zamanda dəstəkləmək bizim borcumuzdur"

PSJ koronavirusla mübarizə çərçivəsində daha bir yardım kampaniyasına qoşulub.

Sportinfo.az xəbər verir ki, Paris təmsilçisi “Aclığa qarşı fəaliyyət” adlı beynəlxalq yardım kampaniyasına 100 min avroluq yardım edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Paris təmsilçisinin sahibi Nasser El-Xelaifi də klub saytına bununla bağlı açıqlama verib:

“Bu çətin dönəmdə aclığa qarşı fəaliyyət göstərənlərin gördükləri işlər daha önəmlidi. İki ildi birgə çalışırıq. Onları belə bir zamanda dəstəkləmək bizim borcumuzdur. Yardımın Fransa ilə yanaşı, Afrika, Asiya və Orta Şərqdəki ehtiyacı olanlara faydalı olacağına inanıram”.

PSJ koronavirus pandemiyası yayılandan bəri başqa yardım kampaniyalarına da müxtəlif məbləğlərdə dəstək nümayiş etdirib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"