Braziliyalı ilə vidalaşdılar

20 Yanvar 2020 01:24 Fransa 1 029
Braziliyalı ilə vidalaşdılar

“Monako” Naldo ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. 37 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2019-cu ilin yanvarından “Monako”da forma geyinən braziliyalı futbolçunun sözləşməsi mövsümün sonuna qədər idi.

4 dəfə Braziliya millisinin formasını geyinən Naldo, daha əvvəl “Verder”, “Volfsburq”, “Şalke” kimi klubların şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti