"Bu iki şəxsin arasında “müharibə” başlayıb”

27 Noyabr 2019 21:55 Fransa 716
"Bu iki şəxsin arasında “müharibə” başlayıb”

PSJ-nin futbolçusu Neymarla komandanın baş məşqçisi Tomas Tuxelin münasibətləri qaydasında deyil. Sportinfo.az xəbər verir ki, bu barədə braziliyalı jurnalist İzabeli Palyari yazıb.

O bildirib ki, PSJ artıq Neymarsız oyun modelinə üstünlük verir: "Neymar Tuxelə qəzəblidir. O, tam sağlamdır və oynamaq istəyir. Ancaq Tuxel onu ehtiyatda saxlayır. Artıq PSJ-də Neymarsız necə oynamağı bilirlər.

Bir müddət əvvəl Tyaqo Silva bizə demişdi ki, komandada Neymarsız oyun modelini mənimsəyirlər. Əvvəllər Tuxel braziliyalını müdafiə edirdi. Deyirdi ki, Di Mariya və Draksler onun etdiklərini bacarmazlar. Ancaq deyəsən, artıq Tuxel onu müdafiə etməkdən yorulub. Bu iki şəxsin arasında “müharibə” başlayıb”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”