"Güclülər üçün millinin qapısı hər zaman açıqdır"

15 Noyabr 2019 14:35 Fransa 654
"Güclülər üçün millinin qapısı hər zaman açıqdır"

Argentina millisinin baş məşqçisi Lionel Skaloni PSJ-nin hücumçusu Mauro İkardinin yığmaya dəvət olunmamasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, yığmanın çalışdırıcısı millinin qapılarının İkardinin üzünə açıq olduğunu söyləyib:

"İkardini yaxşı futbolçu kimi tanıyırıq və hər zaman diqqətimizdədir. Bir müddət oynamasa da, hazırda pis təsir bağışlamır və əvvəlki formasını bərpa edəcək. Biz İkardini izləyirik. Ona görə yox ki, digər hücumçularımız yaxşı vəziyyətdə deyil. Sadəcə İkardi istənilən an milliyə qayıda bilər. Güclülər üçün komandanın qapısı hər zaman açıqdır”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!