Meydandan qovuldu, hirsini VAR-dan "çıxdı" - VİDEO

5 Noyabr 2019 00:10 Fransa 1 022
Meydandan qovuldu, hirsini VAR-dan "çıxdı" - VİDEO

"Monako"nun müdafiəçisi Ruben Aqilar Fransa çempionatının 12-ci turu çərçivəsində "Sent-Etyen"lə görüş zamanı etdiyi hərəkətlə diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, 69-cu dəqiqədə meydana daxil olan 26 yaşlı futbolçu matça əlavə olunmuş dəqiqələrdə meydandan qovulub.

Hakimin qərarından narazı qalan futbolçu meydanı tərk edən zaman VAR üçün ayrılan ekranı və texnikanı təpikləyib. Bu isə həm yerli fanatlar, həm də rəsmi şəxslər tərəfindən birmənalı qarşılanmayıb.

Digər Xəbərlər
Xəbər Lenti