2024-ə qədər Parisdə!

1 Noyabr 2019 09:24 Fransa 999
2024-ə qədər Parisdə!

PSJ futbolçusu Marko Verrattinin müqaviləsinin müddətini uzadıb. Sportinfo.az xəbər verir ki, Paris təmsilçisi 26 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

2012-ci ildən PSJ-də forma geyinən Verratti parislilərlə 290 rəsmi oyuna çıxıb. Bu matçlarda 9 qol vuran yarımmüdafiəçi 48 məhsuldar ötürmə edib. İtaliya millisinin də üzvü olan Verrattinin əvvəlki müqaviləsi 2021-ci ilin yayına qədər idi.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM