"Parisdə irqçilər çoxdur" - BRAZİLİYALI MÜDAFİƏÇİ

16 Oktyabr 2019 14:06 Fransa 917
"Parisdə irqçilər çoxdur" - BRAZİLİYALI MÜDAFİƏÇİ

"San Paulu"da çıxış edən Dani Alveş PSJ-də oynadığı vaxt Parisdəki həyatından narazı qaldığını deyib.

Sportinfo.az xəbər verir ki, braziliyalı futbolçu Fransa paytaxtında yaşamağın çətin olduğunu bildirib:

"Parisdəki yaşayış çox da xoşuma gəlmədi. Orada tez-tez stresslə üz-üzə qalırsan. Fransa paytaxtına bir həftəlik istirahətə yollansanız, bu, həyatınızın ən gözəl anı olacaq. Amma orada yaşasanız, yorulacaqsınız. Paris mənə San-Paulunu xatırladır. Ancaq orada irqçilər daha çoxdur. Onlar mənə heç nə etməyiblər. Çünki cavablarını verirdim. Dostlarım onların təzyiqi ilə üzləşib”.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM