Fransa millisində ciddi itki - Mbappe heyətdən çıxarıldı

9 Oktyabr 2019 11:52 Fransa 613
Fransa millisində ciddi itki - Mbappe heyətdən çıxarıldı

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa millisinin heyətindən çıxarılıb.

Sportinfo.az "L`Equipe" nəşrinə istinadən xəbər verir ki, futbolçu zədəli olduğu üçün AVRO-2020-nin qarşıdakı iki oyununda meydana çıxa bilməyəcək. 20 yaşlı forvard Çempionlar Liqasının qrup mərhələsinin II turunun "Qalatasaray"la səfər oyununda (0:0) bud nahiyəsindən zədə alıb.

Mbappenin sağlamlığını riskə atmaq istəməyən yığmanın baş məşqçisi Didye Deşam onun heyətdən çıxarılmasına qərar verib. Oyunçu artıq millinin düşərgəsini tərk edib. Onun əvəzinə isə heyətə Münhenqladbax "Borussiya"sının hücumçusu Alassan Plea dəvət olunub.

Qeyd edək ki, fransızlar oktyabrın 11-də səfərdə İslandiya, 3 gün sonra isə evdə Türkiyə ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti