Saatı oğurlayan futbolçu: "Qorxaqlıq və səhv etdim"

2 Oktyabr 2019 16:04 Fransa 1 233
Saatı oğurlayan futbolçu: "Qorxaqlıq və səhv etdim"

Komanda yoldaşı Kasper Dolberqin 70 min avroluq saatını oğurlayan Lamine Diabi üzrxahlıq edib.

Sportinfo.az xəbər verir ki, Lamine “tvitter” səhifəsində saatı nəyə görə oğurladığına aydınlıq gətirib: “Mən bunu tamah məqsədilə yox, daha çox, həsəd üzündən etdim. Cəmi 18 yaşım var, səhv edə bilərəm. Ancaq bu bəraət deyil.

Mənim komandadakı çətin vəziyyətim Dolberqin uğuru ilə təzad təşkil edirdi. Bəlkə də bir az qısqanclıq üzündən onun saatını götürdüm.

Meydandakı yer uğrunda vuruşmaq əvəzinə qorxaqlıq etdim. İndi komandanı tərk edirəm. Bu, mənim üçün ən böyük cəzadır”.

Qeyd edək ki, “Nitsa” futbolçu ilə müqaviləni pozub. Diabi 13 yaşından "Nitsa"nın aşağı yaş qruplarında çıxış edirdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 May 19:10 Emrah PAŞA
23 May 02:50 “Şəfa”QIZILLANDI