Baş məşqçini müdafiə etdi - "Bizdə özünəinam yoxdur"

22 Sentyabr 2019 14:52 Fransa 865
Baş məşqçini müdafiə etdi -

"Monako" Fransa çempionatında uğursuzluq zolağından çıxa bilmir.

Sportinfo.az xəbər verir ki, Tyerri Anrini istefaya göndərib komandanı köhnə-yeni baş məşqçi Leonardo Jardimə tapşıran rəhbərlik nəticələrdən narazıdır.

"Knyazlıq klubu" Liqa 1-in geridə qalan 6 turunda yalnız 1 qələbə qazanıb. Dünən səfərdə "Reyms"lə heç-heçə edən kollektiv turnir cədvəlinin "zirzəmi"sindən qurtula bilmir. 19-cu pillədə qərarlaşan komandanın aparıcı yarımmüdafiəçisi Temu Bakoyoko günahı baş məşqçidə yox, özlərində görür.

Yerli mətbuata açıqlama verən 25 yaşlı fransız futbolçu Leonardo Jardimi müdafiə edib: "Komanda Anrinin vaxtında da belə oynayırdı. Jardimdə günah yoxdur. Bizdə sanki özünəinam çatışmır. Düzdür, "Reyms"lə görüşdə daha yaxşı çıxış etdik. Lakin "Monako"nun potensialı bu deyil. Heyətə baxın, görün, kimlər oynayır bu komandada..."

Digər Xəbərlər
Xəbər Lenti