"Əminəm ki, bizdə hər şey alınacaq"

22 Sentyabr 2019 12:00 Fransa 611
"Əminəm ki, bizdə hər şey alınacaq"

"Əminəm ki, bizdə hər şey alınacaq" - bu sözləri Fransa liqasında növbəti uğursuz oyundan sonra "Monako"nun baş məşqçisi Leonardo Jardim deyib. Sportinfo.az Fransa mediasına istinadən xəbər verir ki, ötən gün "Reyms"lə 0:0 bitən qarşılaşmanı şərh edən mütəxəssis komandadan narazı azarkeşlərə haqq qazandırıb:

"Azarkeşlərin bizdən narazı qalmağa tam əsasları var. Mən özüm də hazırki vəziyyətdən məmnun deyiləm. Təcili vəziyyətdən çıxış yolları tapmalıyıq. Əminəm ki, "Monako"da işlər qaydasına düşəcək".

Mövsümə uğursuz başlayan "Knyazlıq klubu" 6 turdan sonra 20 komanda arasında 19-cu yerdə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı