"...Saatımı qaytarın!"

21 Sentyabr 2019 17:51 Fransa 1 387
"...Saatımı qaytarın!"

Fransanın "Nitsa" klubunun hücumçusu Kasper Dolberq komanda ilə birgə məşqə çıxmaqdan imtina edib. Sportinfo.az A Bola-ya istinadən xəbər verir ki, danimarkalı futbolçu paltardəyişmə otağında itmiş saatının tapılmasını tələb edib.

Mənbənin sözlərinə görə, sentyabrın 17-də baş vermiş insidentdən sonra Dolberq məşqə gəlməyib. Hücumçu bu qərarı sağlıq durumunda problemlərinin yaranması ilə əsaslandırıb. Xatırladaq ki, forvardın 70 min avroluq saatı oğurlandıqdan sonra o, komanda yoldaşları ilə mübahisə edib.

Dolberq "Nitsa"ya bu yay "Ayaks"dan 20,5 milyon avroya keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 May 19:10 Emrah PAŞA
23 May 02:50 “Şəfa”QIZILLANDI