Son 10 ildə ən yaxşı penalti vuran ulduz futbolçular - ADLAR

30 May 2020 14:50 Dünya futbolu 1 123
Son 10 ildə ən yaxşı penalti vuran ulduz futbolçular - ADLAR

Son 10 ildə dünyada penaltidən topu hədəfə ən dəqiq vura bilən 10 futbolçu müəyyənləşib.

Sportinfo.az transfermarkt.ru saytının statistikasına əsasən xəbər verir ki, bu siyahıda lider Portuqaliya millisinin və “Yuventus”un ulduzu Kriştianu Ronaldodur.

“Barselona”nın argentinalı hücumçusu Messi ikinci, “Milan”ın isveçli forvardı Zlatan İbrahimoviç üçüncüdür.

1. Kriştianu Ronaldo (Portuqaliya) – penaltidən 98 dəqiq, 17 qeyri-dəqiq zərbə.

2. Lionel Messi (Argentina) – penaltidən 74 dəqiq, 23 qeyri-dəqiq zərbə.

3. Zlatan İbrahimoviç (İsveç) – penaltidən 65 dəqiq, 10 qeyri-dəqiq zərbə.

4. Halk (Braziliya) – penaltidən 62 dəqiq, 14 qeyri-dəqiq zərbə.

5. Edinson Kavani (Uruqvay) – penaltidən 52 dəqiq, 13 qeyri-dəqiq zərbə.

6-7. Neymar (Braziliya) – penaltidən 47 dəqiq, 13 qeyri-dəqiq zərbə.

6-7. Robert Levandovski (Polşa) – penaltidən 47 dəqiq, 5 qeyri-dəqiq zərbə.

8-9. Eran Zahavi (İsrail) – penaltidən 46 dəqiq, 8 qeyri-dəqiq zərbə.

8-9. Eden Azar (Belçika) – penaltidən 46 dəqiq, 6 qeyri-dəqiq zərbə.

10. Marçin Robak (Polşa) – penaltidən 45 dəqiq, 4 qeyri-dəqiq zərbə.

Azərbaycanın futbol tarixində penaltini ən dəqiq yerinə yetirə bilən futbolçu İqor Ponomaryov olub.

Hazırda “Sabah”ın Müşahidə Şurasının üzvlərindən olan İ.Ponomaryov SSRİ çempionatları tarixində 34 penaltidən 31-ni qola çevirib. Bunlardan 24-də ardıcıl şəkildə hədəfdən yayınmadığı üçün o, SSRİ-nin futbol tarixinə düşüb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı