"Biz əməkhaqqılarımızın azaldılmasına razılaşdıq"

25 May 2020 01:52 Dünya futbolu 460
"Biz əməkhaqqılarımızın azaldılmasına razılaşdıq"

“Utrext”in futbolçuları məvaciblərinin azaldılması ilə bağlı klubla razılığa gəliblər.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Erediviziya təmsilçisi koronavirus pandemiyasının yaratdığı iqtisadi çətinliklərlə əlaqədar futbolçulardan maaşlarının azaldılmasına dair razılıq istəyib. Onlar da bu istəyi müsbət qarşılayıblar.

Komandanın kapitanı Villem Yansen bununla bağlı klub saytına açıqlama da verib: “Sadiq azarkeşlərimizə və tərəfdaşlarımıza hörmət və həmrəylik əlaməti olaraq, biz təşəbbüs göstərərək əməkhaqqılarımızın azaldılmasına razılaşdıq. Şadam ki, belə bir yekdil qərar qəbul etdik”.

Niderland çempionatında mövsüm koronavirusa görə ləğv olunub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM