Niderland millisinin sabiq yarımmüdafiəçisi Rud Qullit müasir futboldan narazıdır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı sabiq futbolçu, hazırda rəqibləri fərdi bacarıqla keçən oyunçuların az olduğunu bildirib:
“Əyləncə üçün darıxıram. Futbol üçün kədərli haldır ki, bu əyləncə yoxdur.
Çox vaxt matçları izləyirəm, çünki baxmalıyam, amma artıq zövq almıram. Oyunçular sadəcə əmrləri yerinə yetirir kimi görünür, bu məni narahat edir.
Onlar gələn topa baxmadan çox ötürmə verirlər. Dəhşətlidir, sadəcə künc zərbələri və autlar üçün oynayırlar.
Belə futbolu izləmək mümkün deyil, oyundan zövq almıram. Sevimli oyun pozulub”.
Qullit karyerası ərzində “Feyenoord”, PSV, “Milan”, “Çelsi” kimi klublarda çıxış edib.

