“Zidan çox yaxşı idi, çox yaxşı” – Qvardiola fransızı təriflədi

21:40 Dünya futbolu 76
“Zidan çox yaxşı idi, çox yaxşı” – Qvardiola fransızı təriflədi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Real”ın sabiq çalışdırıcısı Zinəddin Zidan haqqında danışıb.

Fransalı mütəxəssis futbolçu karyerasında diqqətəlayiq oyun göstərib və daha sonra məşqçi kimi “Real”la ardıcıl üç dəfə Çempionlar Liqası titulunu qazanıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Qvardiola, həmkarı haqda bunu deyib:

“Zidan çox yaxşı idi, çox yaxşı. Ən böyüklərdən biri. Onun oyunu, davranışı – əsl centlmen.

“Real”ın baş məşqçisi kimi üç Çempionlar Liqası qələbəsi var. Futbol Zidan kimi böyük şəxsiyyətlərə layiqdir”.

“Mançester Siti” Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”la qarşılaşacaq. İlk oyun 11 martda, cavab matçı isə 17 martda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Mart 22:20 ETOPAZ 14 yaşında