“Real”ın sabiq vingeri, hazırda Argentinanın “Rosario Sentral” komandasının formasını geyinən Anxel Di Mariya portuqaliyalı mütəxəssis Joze Mourinyo barədə fikirlərini bölüşüb.
sPORTİNFO.az AS-a istinadən xəbər verir ki, hazırda “Benfika”nın baş məşqçisi olan Mourinyo haqqında danışan argentinalı futbolçu, onu həm şəxsiyyət, həm də məşqçi kimi xüsusi qeyd edib:
“Mourinyo bir nömrədir. O, həm şəxsiyyət, həm də məşqçi kimi digərlərindən xeyli irəlidədir.
Futbolçuya, komandaya və kluba verdiklərinə görə seçilir. Mənə hər şeyi verdi və mən ona həmişə minnətdar olacam”.
Joze Mourinyo zəngin məşqçilik karyerası ərzində Avropanın bir sıra aparıcı klublarında çalışıb.
Onun rəhbərlik etdiyi komandalar arasında “Portu”, “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted” və “Tottenhem” kimi top-klublar yer alır.

