Ronaldonu qatilə bənzətdi - Onunla Messi arasındakı fərqlərdən danışdı

19:00 Dünya futbolu 77
Ronaldonu qatilə bənzətdi - Onunla Messi arasındakı fərqlərdən danışdı

“Yuventus”un və İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon Kriştiano Ronaldo ilə Lionel Messi arasındakı fərqlərdən danışıb.

Sportinfo.az “Bolavip”-ə istinadən xəbər verir ki, italiyalı sabiq qolkiper hər iki futbolçunun tamamilə fərqli oyun üslubuna malik olduğunu bildirib:

“Bu, iki tamamilə fərqli futbolçudur. Leo daha universal oyunçudur, hücumları arxa xətdən başlada bilir.

O, pleymeyker bacarıqlarına və meydanı mükəmməl görmə qabiliyyətinə sahibdir. Ronaldo isə indi rəqibin cərimə meydançasında “qatil”ə çevrilib”.

Buffon əlavə edib ki, portuqaliyalı futbolçu yaşının artması ilə oyun tərzini dəyişib:

“Yaşına görə Ronaldo artıq gücünü daha çox qoruyur və əvvəlki kimi cinahlara çəkilmir. O, əsas diqqətini cərimə meydançasına yönəldib və məhz orada qol epizodları yaradır”.

Messi hazırda ABŞ-ın “İnter Mayami” klubunda, Ronaldo isə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasında çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti