Yeni iş yeri tapan baş məşqçi illik 4 milyon maaş alacaq

25 Oktyabr 2025 10:00 Dünya futbolu 740
Yeni iş yeri tapan baş məşqçi illik 4 milyon maaş alacaq

Rafael Benitez Yunanıstanda “Panatinaykos”un baş məşqçisi təyin edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, 65 yaşlı mütəxəssis Yunanıstan Super Liqasında illik 4 milyon avro maaş alacaq ki, bu da ölkə futbolu üçün rekord göstəricidir.

Tanınmış mütəxəssis artıq məşqçilər qərargahı ilə birlikdə Afinaya gəlib və onun təyinatı barədə rəsmi açıqlamanın bu həftə ərzində veriləcəyi gözlənilir.

Qeyd olunur ki, klub rəhbərliyi Benitezdən “Panatinaykos”u 2010-cu ildən bəri qazana bilmədiyi Yunanıstan çempionluğuna çatdırmağı və komandanın Avropa turnirlərində mövqelərini gücləndirməsini hədəfləyir.

O, daha əvvəl “Real Madrid”, “Liverpool”, “Valensiya”, “Napoli”, “İnter”, “Everton” və “Nyukasl” kimi klublarda çalışıb. Onun son iş yeri 2023-2024 mövsümündə İspaniyanın “Selta” komandası olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti