Bir neçə ay işlədiyi millinin baş məşqçi vəzifəsindən ayrıldı

16 Oktyabr 2025 18:20 Dünya futbolu 796
Bir neçə ay işlədiyi millinin baş məşqçi vəzifəsindən ayrıldı

Niderlandlı mütəxəssis Patrik Klyuvert İndoneziya millisinin baş məşqçisi vəzifəsini tərk edib.

Sportinfo.az xəbər verir ki, bu barədə ölkənin futbol assosiasiyası məlumat yayıb.

Tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər. Klyuvert İndoneziya yığmasına 2025-ci ilin fevralından rəhbərlik edirdi.

Komanda son olaraq DÇ-2026-nın seçmə mərhələsində İraqla qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub. Bu nəticədən sonra İndoneziya millisi mundiala vəsiqə qazanmaq şansını itirib.

2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti