
İtaliyanın məşhur “Tuttosport” nəşri “Golden Boy-2025” – ilin ən yaxşı gənc futbolçusu mükafatına namizədlərin yekun siyahısını açıqlayıb.
Sportinfo.az xəbər verir ki, mükafatın qalibi 2025-ci ilin noyabrında Turin şəhərində keçiriləcək mərasimdə elan olunacaq.
Final siyahısında Avropanın aparıcı klublarının gənc istedadları yer alıb.
Namizədlər arasında “Real Madrid”in türkiyəli gənc ulduzu Arda Güler, eləcə də Pau Kubarsi (“Barselona”), Kenan Yıldız (“Yuventus”), Leni Yoro (“Mançester Yunayted”), Uorren Zair-Emeri (PSJ) və Maylz Luis-Skelli (“Arsenal”) kimi adlar diqqət çəkir.
Mükafata ümumilikdə 20 futbolçu namizəd göstərilib. Qalib ənənəvi olaraq Avropanın idman jurnalistlərinin səsverməsi nəticəsində müəyyən olunacaq.